Kolumbiyada təyyarə qəzasında ölənlərdən 20-si jurnalistdir
29.11.2016 652 0.0 0

Kolumbiyada təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Braziliya Milli Jurnalistlər Federasiyasının yaydığı açıqlamada bildirilir.

 

“Ölən jurnalistlərin əksəriyyəti Rio-de-Janeyro, Santa Katarina və San Pauludandır, matçı işıqlandıracaq TV, radio və qəzetləri təmsil edən idman jurnalistikasının peşəkarları həlak olub”, - deyə açıqlamada bildirilir.

 

Qeyd edək ki, göyərtəsində Kolumbiyanın “Atletiko Nasional” klubu ilə oyuna yollanan Braziliyanın  “Şapekoense” futbol komandasının olduğu təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər ölüb, 6 nəfər sağ qalıb. Sağ qalanlardan üçü futbolçudur. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar