Kolumbiyada mer vəzifəsinə namizəd qətlə yetirilib
03.09.2019 470 0.0 0

Kolumbiyada Suares şəhərinin meri vəzifəsinə namizəd olan Karina Qarsiya silahlı hücum nəticəsində qətlə yetirilib.

Trend-in "NTN24" telekanalına istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində siyasətçini müşayiət edən daha 5 nəfər öldürülüb. Onların kimliyi müəyyən edilməyib.

Bildirilir ki, Kolumbiyanın hüquq-mühafizə orqanları insident ilə bağlı araşdırmaya başlayırlar.

İlkin məlumata əsasən, hücumu iki cinayətkar həyata keçirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar