Kolumbiya üsyançılarının lideri Trampı qələbə münasibəti ilə təbrik edib
25.11.2016 532 0.0 0

Kolumbiyanın üsyançı İnqilabi Silahlı Qüvvələrinin (KİSQ) lideri “Timoçünko” ləğəbli Rodriqo Londonyo Eçeverri Donald Trampı ABŞ-da prezident seçkilərində qələbə münasibəti ilə təbrik edib.

 “RİA Novosti”yə istinadən verilən xəbərə görə,  Eçeverri bunu Kolumbiyada 50 illik silahlı münaqişəyə son qoyan sülh sazişinin imzalanması mərasimindən sonra deyib.    
 
“Biz ümid edirik ki, Tramp hökuməti dünyada və bizim qitədə sülhün təmin edilməsində əhəmiyyətli rol oynayacaq”, - deyə Timoçenko çıxışında bildirib.
 
Qeyd edək ki, ötən gün Boqotada KİSQ və Kolumbiya hökuməti arasında yekun sülh sazişi imzalanıb.
 
Sənəd ölkə prezidenti Xuan Manuel Santos və üsyançıların lideri Rodriqo Londonyo Eçeverri tərəfindən imzalanıb.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar