Koalisiyanın Suriyaya endirdiyi zərbə nəticəsində 5 dinc sakin ölüb
13.05.2017 688 0.0 0

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələri Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığında endirdiyi  zərbə nəticəsində 5 dinc sakin ölüb.

 

Qazeta.info APA-nın məlumatına əsasən xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı xəbər verib.

 

Məlumata görə, hədəfdə terrorçuların Əl-Küriyə yaşayış məntəqəsindəki mövqeləri olub.

 

İki gün əvvəl beynəlxalq koalisiyanın Rakka şəhəri yaxınlığındakı kəndlərdən birinə endirdiyi hava zərbəsi nəticəsində 4-ü uşaq olmaqla 11 dinc sakin həyatını itirib.

 

Qeyd edək ki, Rakka şəhəri İSİD terror qruplaşmasının nəzarəti altındadır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar