Koalisiya aviasiyası Mosulda Dəclə çayı üzərindəki sonuncu körpünü dağıdıb
25.11.2016 687 0.0 0

ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya məxsus aviasiya ötən gün İraqın Mosul şəhərindən keçən  Dəclə çayı üzərindəki sonuncu körpünü dağıdıb. Məlumata görə, bu barədə “RİA Novosti”yə İraq ordusunun baş qərargahından bildirilib.
 
Məlumata görə, koalisiya qüvvələri şəhərin şərq və qərb hissələrini birləşdirən, “Əl-Ətik” adı ilə tanınan, dəmir körpünü uçurublar.  Bundan əvvəlki günlərdə təyyarələr çay üzərindəki digər dörd körpünü uçurublar.   
 
Mənbənin sözlərinə görə, sonuncu körpünün partladılması ilə terrorçuların silah-sursat və canlı qüvvə ilə təminatı  tamamilə kəsilmiş olub.
 
Qeyd edək ki, Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatı oktyabrın 17-dən davam edir.  /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar