Klinton prezident olur
07.04.2015 769 0.0 0

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton prezident seçkilərində iştirak etməyə tam hazırdır.

Məlumata görə, bu barədə Amerika KİV-lərinə diplomatik mənbələrdən xəbər verilib.

Bildirilir ki, bu şayiə deyil və o, yaxın iki həftə ərzində rəsmi qərarını elan edəcək.

Analitiklərin fikrincə, vaxtilə ölkənin birinci xanımı və sabiq dövlət katibi olmuş H.Klinton seçkilərdə Demokrat Partiyadan seçkilərdə iştirak edən namizədlər arasında favoritlərdən biri sayılır.

O, 2008-ci ildə prezidentliyə namizəd kimi indiki dövlət başçısı Barak Obamaya güzəştə gedərək, partiyadaxili qaydalara əsasən, namizədliyini geri götürmüşdü./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar