Əkiz uşaq dünyaya gətirəcək qadın həkim otağında öldü-Video
21.02.2015 784 0.0 0

32 yaşlı qadın ana olmaq arzusunu reallaşdırmaq istəsə də, buna mane olanlar tapılıb. Paytaxtdakı qadın məsləhətxanalarının birinə anası ilə gələn və bətnində əkiz övladları olan xanım burada dünyasını dəyişib. Həkimlərin əli ona dəymədən.

ANS TV-nin məlumatına görə, paytaxtın Xətai rayonu, Vunq Tau küçəsi, 13 ünvanında yerləşən 10 saylı qadın məsləhətxanasında bədbəxt hadisə baş verib. Bətnindəki 6 həftəlik əkiz dölü abort etdirməyə gələn qadın qəfil dünyasını dəyişib. Hadisə xəstə abort masasına çıxmazdan əvvəl baş verib. Həkimlərin dediyinə görə, 1982-ci il təvəllüdlü Günəş Ustayeva abort olunmaq istəmirmiş. 

Məsləhətxanadan verilən məlumata görə,ərazidəki poliklinikalardan birində şöbə müdiri kimi fəaliyyət göstərən Nəcabət xanım qızını bu əmələ məcbur edib. Məsləhətxanaya məcburi surətdə gətirilən qızını ana heç bir həkimlə məsləhətləşmədən birbaşa baş mamaginekoloq Şərqiyyə Əliyevanın otağına qalxıb. Elə hər şey də bundan sonra başlayıb.

“Xanım otağa daxil olan kimi dərhal küncə qısıldı və "nə üçün bura gəldim?" deyərək əsəbiləşdi. Onu sakitləşdirdim”, - deyə Şərqiyyə Əliyeva bildirdi.

Məsləhətxana həkimlərinin sözlərinə görə, hadisə zamanı Günəş xanımın əsəb sistemi yerində olmayıb. O, soyunma otağına girməkdən imtina edib, gözləmə otağına keçəndə isə divarın küncünə sıxılıb, çığır-bağır salaraq abort olunmayacağını deyib. Qadının səhhətində problemlər olduğunu görən həkimlər onu dilə tutublar, məcburən abort edilməyəcəyini bildiriblər.

Lakin bütün bu səylərə baxmayaraq Günəş Ustayevanın vəziyyəti getdikcə pisləşib. Həkimlər ona ilkin tibbi yardım göstərsələr də həyatını xilas edə bilməyiblər.

32 yaşlı Günəş Ustayeva Cəmil qızı ailəli olub, iki övladı var imiş. Deyilənə görə mərhumun həyat yoldaşı əkiz övladlarının olmasına etiraz etmirmiş. Xəbəri alar-almaz onun da vəziyyəti pisləşib. 

Hazırda meyit Məhkəmə-Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Xətayi rayon şöbəsindədir. Hadisəylə əlaqədar rayon prokurorluğunda istintaq aparılır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar