Kiyevdə Zelenski, Borrel və Ursual fon der Leyenin görüşü başlayıb
08.04.2022 344 0.0 0

Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel arasında Kiyevdə görüş keçirilir.

Qazeta.info "Report" -a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Məlumata görə, danışıqlar məhdud çərçivədə keçiriləcək, daha sonra onlar Ukrayna və xarici KİV üçün bəyanatlarla çıxış edəcəklər.

Bundan əvvəl Ukraynanın Baş naziri Denis Şmıxal fon der Leyen, Borrell və Slovakiya Nazirlər Kabinetinin rəhbəri Eduard Heqerin Buça şəhərinə səfər etdiyini bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar