Kiminin əvvəli, kiminin axırı... - fotolar
05.08.2017 1462 0.0 0

Bu gün Hollivudda milyonlarca dollar pul qazanan bir çox məşhurlar keçmişdə evsiz və işsiz olublar.

Qazeta.info
Axşam.az -a istinadən həmin dünya ulduzlarını sizə təqdim edir:

 

 

 



“Ceyms Bond”u canlandıraraq unudulmaz aktyora çevrilən Daniel Kraiqbir vaxtlar Londondakı parklarda yatırmış. Aktyorluq etmək istəyən ancaq iş tapa bilməyən Kraiq bəzi vaxtlar özünü dolandırmaq üçün qarson kimi də çalışıb.



18 yaşındaykən rəqqas olmağı arzulayan Cennifer Lopez universitetə getməsini istəyən anasının sözünü dinləməyib evdən qaçıb. O, rəqs studiyalarından birində divanda gecələyirmiş. Ötən il 28.5 milyon dollar qazanan Lopez həmin günlər üçün "Bəli evsiz qaldım, amma anama bunu etmək lazım olduğunu göstərmiş oldum" deyir.


 



Məşhur “Təhlükəsiz sahil” serialında “Lani McKenzie” obrazı ilə özünü dünyaya tanıdan aktrisa Karmen Elektra bu rolunu almadan əvvəl çətin zamanlar keçirib. O, bir neçə il Los-Ancelesdə sığınacaqlarda yaşayırmış.
 



Təhsil aldığı kollecdən çıxarılan aktyor Cim Kerri o illərdə ailəsiylə birlikdə köhnə bir “Volkswagen" mikroavtobusda yaşayırmış. Kanadanın fərqli bölgələrinə park etdikləri mikroavtobusda həyatlarını davam etdirən Cim daha sonra ən böyük bacısının evinin bağçasındakı bir çadıra daşınıb.
 



Pulu tamamilə bitməsinə baxmayaraq xəyalindəki rola çatmaq üçün aktrisa Holl Berri Nyu-Yorkda qalmağa davam edir. Bu vaxt o, uzun müddət sığınacaqlarda evsizlərlə birlikdə yaşayır.

 



Aktyor Silvestr Stalloni həbsxanadan azad olduqdan sonra təxminən 3 həftə Nyu-Yorkda bir avtobus dayanacağında yaşayıb. Öz ayaqları üzərində durana qədər porno film aktyorluğu da daxil olmaqla, bir çox fərqli işlərlə məşğul olub. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar