Kim Çen Inın qardaşını öldürməkdə şübhəli bilinən daha bir qadın saxlanılıb
16.02.2017 767 0.0 0

Malayziya polisi Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşını öldürməkdə şübhəli bilinən ikinci qadını saxlayıb.
 
"Kyodo News"-a istinadən verilən xəbərə görə,  onun adı hələ ki, açıqlanmır.
 
Ötən gün Kuala-Lumpurda Kim Çen Namın ölümü ilə əlaqədar 1988-ci il təvəllüdlü Vyetnam vətəndaşı olan qadın həbs olunub.
 
Malayziya polisi bundan əvvəl Şimali Koreyanın liderinin qardaşı Kim Çen Namın hava limanında öldüyünü təsdiqləyib.  Onun ölümünün dəqiq səbəbi hələlik müəyyən edilməyib. İlkin versiyaya əsəsən, 46 yaşlı Kim Çen Namı Kuala-Lumpur hava limanında iki qadın zəhərləyib.  
 
ABŞ hökumətindəki mənbə Kim Çen Namın KXDR xüsusi xidmət orqanlarının casusları tərəfindən qətlə yetirildiyini bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar