Kim Çen In ABŞ bazalarına tuşlanan raketlərin vəziyyətini yoxladı - TƏHLÜKƏ YENİDƏN ARTIR- VİDEO
22.08.2017 780 0.0 0

Pxenyan növbəti dəfə ABŞ və Cənubi Koreyanı hədələyib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Şimali Koreya hərbi komandanlığından ABŞ və Cənubi Koreyanın hərbi təlimlərə başlamasına kəskin reaksiya verilib.

Bu təlimlərin bölgədəki gərginliyi artırdığını və Pxenyanı hədəfə aldığını vurğulayan Şimali Koreya rəsmiləri intiqamın amansız olacağını bildirib.

Xatırladaq ki, ABŞ və Cənubi Koreya avqustun 21-də birgə hərbi təlimlərə start veriblər. Təlimlərə Cənubi Koreya 50 min, ABŞ isə 17500 hərbçi ilə qatılıb.

Cənubi Koreya prezidenti təlimlərin müdafiə xarakterli olduğunu iddia edib.

Bu arada Şimali Koreya lideri Kim Çen In ölkənin cənubuna - sərhəd bölgəsinə gəlib. O, buradakı hərbi bazalara baş çəkib. Kim Çen In burada yerləşdirilən və Quam adasındakı ABŞ hərbi bazalarına tuşlanan 4 ballistik raketin vəziyyəti ilə maraqlanıb.

Kim Çen In daha sonra Quama endiriləcək zərbələrin imitasiyasını görüntüləyən videoçarxa baxıb. 4 dəqiqəlik videoda ABŞ siyasətçiləri və hərbçilərinin fotoları da yer alıb. Məsələn, görüntülərdə Donald Tramp böyük bir qəbiristanlığı seyr edir, Mayk Pens isə yanır.


Videoada "amerikalılar dəhşətli hadisələr yaşayacaq, onlar şokda olacaq" sözləri eşidilir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar