Kiçik çavuş 7 əsgər yoldaşını güllələdi
25.05.2015 1105 0.0 0

Tunisdə kiçik çavuş 7 əsgər yoldaşını qətlə yetirib və sonra özünü öldürüb. 

Məlumata görə, bu haqda Tunisin Müdafiə Nazirliyi xəbər yayıb. 

Nazirliyin sözçüsü Belhassen Oueslati mətbuat konfransında insidentin mayın 25-də baş verdiyini və çavuşun psixoloji problemi olduğunu bildirib.

Bundan başqa 10 əsgərin yaralandığı və onlardan birinin ağır vəziyyətdə olduğu bildirilir.

İnsidentin səbəbi hələlik bəlli deyil.

Həmin kazarma martın 18-də terror aktı törədilmiş Bardo milli muzeyinin yaxınlığında yerləşir.

Həmin terror aktında 22 nəfər ölmüşdü./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar