KİV: Türkiyə Ermənistanla sərhədlərini aça bilər
25.07.2016 603 0

"Türkiyə Ermənistanla sərhədlərini aça bilər".
Türkiyə KİV-inə istinadən verilən xəbərə görə, bu barədə "Hürriyet" qəzetinin yazarı Fatih Çekirge məqaləsində bildirib.
Jurnalistin yazdığına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iyulun 14-15-də Azərbaycana səfərinin əsas məqsədi bəlkə də bu məsələni müzakirə etmək olub: "Bir sözlə, Türkiyə XİN başçısı Ermənistanla yenidən müzakirələrin başlanması, iki ölkə arasındakı münasibətlərin müəyyən qədər yaxşılaşması, bəlkə də sərhədlərin açılması ilə bağlı Azərbaycan tərəfinin nəbzini yoxlamaq istəyib. İyulun 15-də ölkədə dövlət çevrilişinə cəhd Türkiyənin xarici siyasətində Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyini arxa plana atıb". /report/
Digər xəbərlər:
Şərhlər