KİV: Tramp Reks Tillersonu boyat salatı yeməyə məcbur edib
14.03.2018 813 0.0 0

ABŞ Prezidenti Donald Tramp Çində görüş zamanı iştirakçıların xətirinə dəyməmək üçün həmin vaxt dövlət katibi vəzifəsində olan Reks Tillersona köhnəlmiş Sezar salatını yemək göstərişi verib. 

Bu barədə RİA "Novosti"yə istinadən xəbər verilir.

"Wall Street Journal"ın yazdığına görə, hadisə D.Tramp və R.Tillersonun Asiya turu çərçivəsində Çin parlamentində təşkil edilmiş qəbul zamanı baş verib. Salatın yeyilməməsinin çinlilərin xətirinə dəyə biləcəyindən narahat olan Prezident D.Tramp dövlət katibini yeməyə başlamağa çağırıb.

Nəşr Amerika prezidentinin "Reks, salatı ye" sözlərini sitat gətirib.

Qeyd edək ki, dünən Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad edib və bu vəzifəyə MKİ-nin direktoru Mayk Pompeonun namizədliyini irəli sürüb. Dövlət katibi vəzifəsini müvəqqəti olaraq Jon Sallivan yerinə yetirəcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar