KİV: Tramp impiçment üzrə sorğulara məhəl qoymamaq istəyir
04.10.2019 462 0.0 0

ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri Konqresin Nümayəndələr Palatasının bütün tərkibi səs verməyincə impiçment proseduru çərçivəsində göndərilən sorğulara məhəl qoymamaq niyyətindədir.

Bildirək ki, bu barədə "Axios" nəşri bildirib.

Qeyd edilir ki, daha əvvəl Konqresdə demokratlar Trampın impiçmentinin proseduru çərçivəsində araşdırmaya başlayıblar. Amerika prezidentindən şəxsi siyasi məqsədlər üçün Ukrayna rəhbərliyi vasitəsilə Co Baydenin oğlu Hanter Baydenlə bağlı araşdırmanın aparılmasında şübhələnirlər. Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində demokratların iddialılarından biridir.

Tramp ona qarşı irəli sürülən ittihamı inkar edir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar