KİV: Paşinyan Məğlubiyyətə görə istefaya göndərilən generalları geri qaytarır
18.06.2019 484 0.0 0

Ermənistanda 2016-cı il aprelin 26-da, yəni “aprel müharibəsi” kimi tanınan döyüş əməliyyatlarından az müddət sonra prezident Serj Sarqsyanın sərəncamı ilə vəzifəsindən azad edilmiş Müdafiə NazirliyiRabitə Qoşunları və Avtomatlaşdırılmış İdarəetmə Sistemləri İdarəsinin rəisi general-mayor Komitas Muradyan indi yenidən Müdafiə Nazirliyi sisteminə qaytarılıb.

“Jamanak” nəşrinə istinadən xəbər verilir ki, K.Muradyan aprel müharibəsindən sonra vəzifədən çıxarılmış, indiki hökumətin isə geri çağırdığı iki generaldan biridir.

“Onlardan birincisi Ermənistan Baş Qərargahı Kəşfiyyat İdarəsinin keçmiş rəisi general-mayor Arşak Karapetyanbu gün Nikol Paşinyanın müşaviri vəzifəsindədir. İndi də Komitas Muradyan. 2016-cı ilin aprel ayında biabırçılıqla qovulmuşlardan yalnız keçmiş müdafiə nazirinin müavini, Maddi Texniki Departamentin rəisi Alik Mirzəbekyanqalıb ki, onun da geri qaytarılması mümkün sayılır. Aprel hadisələri ilə bağlı istintaq komissiyasının yaradıldığı nəzərə alınsa, bu təyinatlar çox maraqlı görünür” – yazıda qeyd olunur./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar