KİV: Hollandiya yığmasının sabiq futbolçusu saxlanılıb
29.06.2019 586 0.0 0

Hollandiya millisinin sabiq futbolçusu Uesli Sneyder polis tərəfindən saxlanılıb.

"De Telegraaf"a istinadən xəbər verilir ki, buna 35 yaşlı yarımmüdafiəçinin Hollandiyanın Utrex şəhərində başqa bir şəxsin maşınına ziyan vurması səbəb olub. Təcrübəli oyunçu qarşı tərəfə təzminat ödəyərək məsələni həll edib.

Sneyder hadisə ilə bağlı şərh verməyib.

Qeyd edək ki, Uesli Sneyder 2018-ci ildən "Əl Qarafa"da çıxış edir. Onun müqaviləsi iyunun sonunda başa çatıb. Hollandiyalı yarımmüdafiəçi karyerası ərzində ölkəsinin "Ayaks", İspaniyanın "Real Madrid", İtaliyanın "İnter" və Türkiyənin "Qalatasaray" klublarının formasını geyinib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar