KİV-HAQDA QANUN DƏYİŞDİ- BƏZİ İNFORMASİYA VASİTƏLƏRİ SIRADAN ÇIXARILACAQ
04.02.2015 837 0.0 0

Sənəddə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq ,“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda  aşağıdakı dəyişikliklər olunub.

1. 3-cü maddənin 1-ci hissəsinin on ikinci abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və hissəyə aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin:

“oxşar ad - əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar.”.

2. 14-cü maddənin beşinci hissəsinin ikinci cümləsində “eyni” sözü “eyni və ya oxşar” sözləri ilə əvəz edilsin.

3. 19-cu maddənin üçüncü hissəsində:

3.1. 3-cü bənddə “maliyyələşdirildiyi müəyyənləşdirildikdə” sözləri “maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda” sözləri ilə əvəz edilsin;

3.2. 4-cü bənddə “üç dəfə” sözləri “iki dəfə” sözləri ilə əvəz edilsin.

 

Sərəncama əsasən Azərbaycan Respublikasının aidiyyatı strukturlarına bu qanundan irəli gələn məsələrin həll edilərək prezidentə təqdim olunması tapşırılıb.
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar