KİV: Cənubi Koreya KXDR lideri Kim Çen İni öldürmək üçün pul ayırıb
07.12.2017 803 0.0 0

Cənubi Koreya KXDR lideri Kim Çen İni öldürmək üçün xüsusi dəstə yaradacaq. 

Bu barədə "Kommersant" qəzetinə istinadən xəbər verilir.

Cənubi Koreyanın rəhbərliyi ölkənin 2018-ci il üçün müdafiə büdcəsinə rəsmi olaraq Kim Çen İni öldürmək üçün xərclər daxil edib. Məqsədi Şimali Koreya liderliyini məhv etmək olacaq min nəfərdən ibarət dəstənin məşq etməsinə və təchizatına 340 milyon von (310 min dollar) xərclənəcək.

Dəstənin 2011-ci ildə beynəlxalq terrorçu Üsamə bin Ladeni öldürən ABŞ-ın "SEAL Team Six" dəstəsinin proqramı üzrə təlim keçəcəyi ehtimal olunur.

Məlumata görə, Cənubi Koreya rəsmiləri zamanla dəstənin xərclərinin miqdarını artırmağa və ona 26 milyard von (24 milyon dollar) xərcləməyi planlaşdırır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar