KİV: ABŞ prezidenti bu gün kürəkənini yeni vəzifəyə təyin edəcək
27.03.2017 609 0
ABŞ prezidenti Donald Tramp bu gün Ağ evdə yeni yaradılacaq və geniş səlahiyyətlərə malik olacaq idarəyə kürəkəni və müşaviri Cared Kuşneri rəhbər təyin edəcək.
“The Washington Post”a istinadən xəbər verilir ki, yeni qurum Amerikanın İnnovasiya İdarəsi adlanacaq.
İnformasiyaya görə, yeni idarə D.Trampın seçkiqabağı kampaniyada xalqa verdiyi əsas vədlərin həyata keçirilməsinin yollarını araşdıracaq. Bu idarə birbaşa prezidentə tabe olacaq. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər