KİV: ABŞ-da yeniyetmələrə `buster` doza vurula bilər
31.12.2021 299 0.0 0

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) 2022-ci ilin əvvəlində 12-15 yaş arası yeniyetmələrə buster dozanın vurulmasını təsdiqləyəcək.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The New York Times” məlumat yayıb.

Qurum müvafiq qərarı gələn həftə, yanvarın 3-də verəcək. Bundan əlavə, həkimlər immuniteti zəifləmiş 5-11 yaşlı uşaqlar üçün vaksinin gücləndirici dozasının istifadəsinə icazə verməyi planlaşdırırlar.

ABŞ-da COVID-19 peyvəndi statistikasını izləyən Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatlarına görə, pandemiyanın başlanğıcından bəri 1,8 milyona yaxın 12-15 yaş qrupu arasında olan yeniyetmə koronavirusa yoluxub, onlardan 246-sı vəfat edib.

Ümumilikdə ABŞ-da 53,7 milyondan çox insan koronavirusa yoluxub, ölənlərin sayı 821 mini ötüb. Ölkə bu iki göstəriciyə görə dünyada birinci yeri tutmaqda davam edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar