KERRİ FRANSADA ÜZR İSTƏDİ
17.01.2015 1165 0.0 0

Parisə başsağlığı ziyarətində olan ABŞ xarici işlər naziri Kerri, bazar günü təşkil edilən və bir çox ölkə liderlərinin də qatıldığı həmrəylik yürüyüşündə ölkəsinin yüksək səviyyəli səlahiyyətli nümayəndəsi ilə qatılmadığı üçün üzr istəyib.

Qazeta.info Tgrtxəbərə istinadən bildirir ki, ABŞ xarici işlər naziri Con Kerri, ölkəsinin terrorla mübarizədə Fransaya verdiyi dəstəyi bir daha təsdiq etmək üçün gəldiyi Parisdə Fransa prezidenti Fransua Oland tərəfindən qəbul olunub.

Kerri, daha sonra Fransız həmkarı Laurent Fabius ilə keçən həftə hücumlara hədəf olan Charlie Hebdo jurnalı və Yəhudi marketini ziyarət edib. Oland, Elyse Sarayında Kerri ilə keçirdiyi görüşdə açıqlamasında, Paris və Vaşinqtonun terrora qarşı birlikdə lazımlı cavabı verməsinin əhəmiyyətini vurğulayıb. Prezidenti Oland, '' Siz də 11 Sentyabr 2001-ci ildə fövqəladə bir terror hücumuna hədəf oldunuz. Birlikdə terrora qarşı lazımlı cavabı verməmiz lazımdır '' deyə bildirib.

ABŞ adına Olanda başsağlığı diləyən Kerri isə etdiyi açıqlamada ölkəsinin Fransız xalqının ağrısını paylaşdığını bildirmişdir. Fransız xalqının terrora qarşı nümunə bir həmrəylik göstərdiyini deyən Kerri, '' Fransızlar azadlığa və öz dəyərlərinə göstərdikləri bağlılığı bir daha ortaya qoydular ''  deyə bildirib.

Kerri daha sonra, Fransa xarici işlər naziri Fabius ilə Charlie Hebdo jurnalına və Yəhudi marketinə gedərək  başsağlığı diləyib.

Fabius, Charlie Hebdo jurnalı qarşısında mətbuata etdiyi şərhdə, terrorla mübarizə mövzusunda iki ölkənin möhkəm bir həmrəylik içində olduğunu qeyd etdi.

Kerri ziyarəti vaxtında, Paris Bələdiyesində təşkil olunan  anma mərasiminə qatılıb və burada Fransızca çıxış edərək Fransız xalqını ağrısını paylaşdığını söyləyib.

Kerri, mərasimdə iştirak edən və məlum Yəhudi marketinə təşkil olunan hücumda 15 nəfəri soyuq hava anbarında saxlayaraq qurtaran Malili Müsəlman gənc Lassana Bathily ilə də görüşüb söhbət edib. Malili gənci təbrik edən Kerry, "Sən bir qəhrəmansan" deyə bildirib.

Xatırladaq ki, Daxili İşlər naziri Bernard Cazeneuve, göstərdiyi qəhrəmanlıqdan ötəri Malili Müsəlman gencə vətəndaşlıq veriləcəyini açıqlamışdı.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar