Kerri: `ABŞ-ın Suriya ilə müharibə etmək niyyəti yoxdur`
30.09.2016 464 0.0 0

 ABŞ-ın Suriya ilə müharibə etmək niyyəti yoxdur, lakin İŞİD silahlılarına qarşı əməliyyatları davam etdirmək əzmindədir.
 
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
 
“Diplomatik səyləri tənqid etmək asandır, lakin buna alternativ nədir? ABŞ Suriya ilə müharibə edəcək? Düşünmürəm ki, bu baş verəcək. Biz İŞİD-lə mübarizə aparırıq və bu müharibədə qələbə çalacağıq”, - deyə Kerri “Washington Ideas” forumunda bildirib.  
 
O qeyd edib ki, ABŞ-ın  Suriyadakı vətəndaş müharibəsinə qarışmaq niyyəti yoxdur: “Bu Əsədlə müharibə etmək anlamına gələrdi”.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar