Kemeron: Böyük Britaniya Avropa İttifaqında xüsusi statusa malik olacaq
20.02.2016 479 0.0 0

Böyük Britaniyanın Avropa İttifaqında xüsusi statusa malik olacağına dair razılığa gəlinib.
 
Qazeta.info bildirir ki, APA-nın məlumatına görə, bunu özünün “Tvitter” səhifəsində Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.
 
“Əldə olunan razılaşmaya əsasən, Böyük Britaniya Avropa İttifaqında xüsusi statusa malik olacaq. Müvafiq sənəd fevralın 20-də baxılmaq üçün nazirlər kabinetinə təqdim ediləcək”, D.Kemeron qeyd edib.  
 
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı Şurasının başçısı Donald Tusk Böyük Britaniyanın Avropa İttifaqının tərkibində yeni şərtlərlə qaldığını təsdiqləyib.
 
Xatırladaq ki, Britaniyanın baş naziri Devid Kemeron Brüsseldə keçirilən sammit çərçivəsində ölkəsinin Avropa İttifaqında  qalması ilə bağlı şərtləri təşkilatın rəhbərliyi ilə müzakirə edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar