Keçmiş vəzifəli şəxslərin övladlarının pulunu mənimsəyən şəxsin məhkəməsi olub
07.10.2015 573 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirli bilinən Araz Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 

Məlumata görə, prosesdə şahid qismində hüquqşünas Rasim Orucov ifadə verib. O bildirib ki, 2013-cü ildən Eldəniz Axundovla işləməyə başlayıb. Şahid Araz Eyvazovun Eldəniz Axundovdan 1 milyon manatdan çox pul aldığından məlumatı olduğunu söyləyib.

 

Daha sonra prosesdə digər şahidlər ifadə verib. Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.

 

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar.

 

A. Eyvazov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə əsasən ittiham olunur. O, ümimilikdə 3 milyon manatdan çox pulu mənimsəməkdə təqsirləndirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar