Keçmiş prezident Putini Allah sayır?
31.03.2015 749 0.0 0

Ukraynanın sabiq prezidenti Leonid Kuçma Çin hakimiyyətinə müraciət ünvanlayaraq, Rusiya tərəfinin Minsk razılaşmasını dəqiq icra etməsi üçün Moskvaya təsir göstərməyi xahiş edib.

Məlumata görə, L.Kuçma mərkəzi Çin telekanalı CCTV-yə müsahibəsində bildirib ki, Ukrayna ilə bağlı hər şey bu gün Kremldə həll olunur. 

Sabiq prezident deyib: "Hamı hər şeyin Allahdan asılı olduğunu deyir. Amma Allah uzaqdadır və hamı onun mövcudluğuna inanmır, heç cür ona nail olmayacağıq. İndi hər şey bəlkə də Allahdan yox, Putindən asılıdır ki, Moskva bundan sonra Ukrayna hadisələrin inkişafına necə baxacaq. Biz hazırda onun burada sülh istəməsini görmürük."

O, Minskdə sənədin imzalanmasına nail olan Avropa İttifaqı liderləri Angela Merkeli və Fransua Ollandın problemin sülh yolu ilə həllini dəstəklədiyini söyləyib: "Bu gün dünya ictimaiyyəti Minsk razılaşmasının icrasını Rusiyadan tələb etməlidir. Həmçinin Çin və Koreya Xalq respublikası Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi haqqında Budapeşt memorandumunu imzalayıb. Təəssüf ki, Çin tərəfi hələlik bu problemə ötəri baxır."

Onun sözlərinə görə, Kiyev hakimiyyəti özünü Dnestryanı, Abxaziya və ya Cənubi Osetiya kimi gərginlik mərkəzi sırasında görmək istəmir. Bunlar Ukrayna tərəfi üçün qəbuledilməzdir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar