Keçmiş MTN generallarının məhkəməsində təqsirləndirilən şəxslər ifadə veriblər
05.12.2017 909 0.0 0

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən N.Alıyev Ağaisa Mahmudov epizodu üzrə ifadə verib.

O, ittihamları qəbul etmədiyini deyib.

Daha sonra digər təqsirləndirilən F.Əliyev dindirilib. O, Daşkəsən epizodu üzrə ifadəsində ittihamları rədd etdiyini söyləyib. Onun sözlərinə görə, həmin hadisə zamanı əməliyyatda iştirak etməyib.

Məhkəmədə fasilə elan olunub.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs ediliblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar