Kaliforniyada baş verən meşə yanğınlarında ölənlərin sayı artıb
10.10.2017 560 0.0 0

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyi ştatın rəsmilərinə istinadən məlumat verib.

 

Bundan əvvəl ştatın şimal bölgəsində baş verən yanğınlar zamanı 3 nəfərin öldüyü bildirilirdi.

 

***

 

04:08

 

ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınları zamanı ölənlərin sayı 3 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 1 nəfərin öldüyü, 2 nəfərin xəsarət aldığı bildirilirdi.

 

Kaliforniyanın şimalında meşə yanğınları üzündən artıq 20 min insan evini tərk etmək məcburiyyətində qalıb. Hazırda güclü yanğınlar Şimali Kaliforniyanın səkkiz dairəsində tüğyan edir. Yanğın 1500-dən çox ev və inzibati binanı tamamilə məhv edib.

 

Kaliforniya ştatının qubernatoru Cerri Braun üç dairənin ərazisində fövqəladə vəziyyət elan edib. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar