Kalaşnikov: «Tövsiyə edirəm ki, Heydər Əliyev kimi hərəkət etsin»
25.10.2016 1835 0.0 0

“Poroşenko cari vəziyyətin öhdəsindən gələ bilmir və başqa variantlar təklif edir. Minsk razılaşmasının icrasını həyata keçirə bilmir. Çünki bu gün Ukraynanı idarə edən digər siyasi strukturlar buna imkan verməyəcəklər. Lakin mən Poroşenkoya alternativlər haqda düşünməməyi məsləhət görərdim. Ona Azərbaycan prezidenti Heydər Əliyevin yolunu getməyi tövsiyə edərdim”.

Məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri və Avrasiya inteqrasiyası üzrə komitənin rəhbəri Leonid Kalaşnikov deyib.

Onun sözlərinə görə, Heydər Əliyev daha çətin vəziyyətdə ağıllı addımlar atdı: “90-cı illərin əvvəlində ölkədə anarxiya hökm sürürdü, Bakıda silahlı qruplar hökm sürür, rusdilli əhali köçüb gedirdi. Belə vəziyyətdə bütün təhlükələrə baxmayaraq, Heydər Əliyev quldur dəstələrinin başçısı Hüseynovla danışıqlara getdi. Sonra Əliyev böyük rusları Azərbaycanı tərk etməməyə inandırmaq üçün onların yanına getdi. Deməli prezident öz ölkəsinin problemlərini belə həll edir, əgər o, ölkəni doğma hesab edirsə”.

Kalaşnikov qeyd edib ki, Poroşenko prezident olanda bunu etməyə söz vermişdi: “Lakin o, atəşi dayandırmadı, öz xalqına qarşı müharibəni davam etdirdi. İndi isə alternativlər haqda düşünür”./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar