Kərim Vəliyev: `Qarabağ münaqişəsinin təməlində aqressiv separatizm dayanır`
04.04.2018 890 0.0 0

"Dağlıq Qarabağ münaqişəsinin təməlində aqressiv separatizm dayanır".

Qazeta.info "Report"a istinadla bildirir ki, bunu Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan qlobal və regional təhlükəsizlik və bu kimi vacib məsələlərin müzakirə edildiyi konfransda iştiraka xüsusi önəm verir: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki mövcud real vəziyyət barədə məlumatların konfransın iştirakçılarına çatdırılması baxımından Azərbaycanın bu beynəlxalq konfransda iştirakını vacib hesab edirik". 

Qeyd edək ki, "Redisson" otelində keçirilən Moskva Beynəlxalq Təhlükəsizlik Konfransına 95 ölkədən nümayəndə heyəti qatılıb. Burada 30 müdafiə naziri, 15 Baş Qərargah rəisi və müdafiə nazirlərinin müavinləri iştirak edir.

Forum sabah işini davam etdirəcək. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar