Kərgədan maşına hücum edərək onu üç dəfə aşırıb - VİDEO
28.08.2019 597 0.0 0

Almaniyada qəzəbli kərgədan heyvan baxıcısının içərisində olduğu maşına hücum edərək, onu bir neçə dəfə aşırıb. Nəticədə qadın əməkdaş kəllə-beyin travması alıb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə çərşənbə axşamı yerli "Bild" qəzeti məlumat yayıb.

Hadisə Aşağı Saksoniya torpağının Hodenhagen kommunasındakı Serengeti təbiət parkında qeydə alınıb. Qadın maşını astaca Kuzini ləqəbli kərgədanın üzərinə sürərək, onu tövləyə salmağa çalışıb. Lakin heyvan avtomobilə hücum edib və başı ilə ona zərbə endirərək maşını bir neçə dəfə aşırıb. O, bundan sonra da maşına zərbələri davam etdirib.

Parkın başqa bir avtomobildə olan əməkdaşı baş verənləri videoya çəkib.

Qadın yalnız kərkədan sakitləşdikdən sonra maşından çıxa bilib.

Park rəhbərliyinin məlumatına görə, Kuzininin 30 yaşı var, o, Serengetidə artıq yarım ilə yaxındın qalır, lakin bu yerə heç cürə alışa bilmir. Heyvan volyerdən səhər və axşam saatlarında bayıra buraxılır. Kuzininin zooparka veriləcəyi istisna edilmir./report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar