Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edəcək
22.01.2018 779 0.0 0

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovtərəfindən  24 yanvar 2018-ci il tarixində Tərtər şəhərində Gənclər Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, qəbulda Tərtər, Ağdam, Bərdə rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız FHN-nin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzinin binasında 23 yanvar 2018-ci il tarixində saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar