Jurnalistlər üçün tikilmiş mənzillərin paylanması mərasimi keçirilib- FOTO
20.07.2017 1188 0.0 0

Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimi keçirilib.

 

Məlumata görə, 255 jurnalistə mənzillərin paylanması püşkatma yolu ilə olub.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı olmaqla, 255 mənzil var./APA/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar