Jurnalisti əməliyyat edən cərrah açıqlama yayıb
13.08.2015 677 0.0 0

Döyülərək aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevi əməliyyat edən cərrah açıqlama yayıb.

ANS TV-nin məlumatına görə, professor Saday Əliyev bildirib ki, sosial şəbəkələrdə birmənalı olaraq xəstənin cərrahların səhvi nəticəsində ölməsi fikri iddia edilir. 

Mənim mərhum Rasim Əliyevin nə xəstəxanaya qəbulundan, nə onun müayinəsindən və nəzarət olunmasından xəbərim olmayıb. Bu proseslərdə iştirak etməmişəm. Xəstəni əməliyyat stolunda görmüşəm. Əməliyyat zamanı aydın oldu ki, xəstə bədənin hər tərəfini əhatə edən çoxsaylı ağır travmalar alıb. 

Nəticədə xəstənin daxili orqanları əksəriyyəti parçalanıb, cırılıb, funksiyasını itirmişdi. Döş qəfəsinin və qarın nayihəsinin müştərək travması, qabırğalarının çoxsaylı sınıqları, ağ ciyərin əzilməsi, dalağın partlaması, mədəaltı vəzinin cırılması. 

Çox təəssüf ki, xəstəni xilas etmək mümkün olmadı. Xəstənin ölümü hər bir cərrah üçün dərin psixoloji şok, mənəvi travmadır. Jurnalisti əməliyyat edən həkim belə deyib. 

Jurnalist Rasim Əliyevin futbolçu Cavid Hüseynovla insidentdən sonra onun qohumları və dostları tərəfindən döyülərək öldürüldüyü ehtimal olunur. /anspress/

Allah həmkarımıza rəhmət eləsin!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar