Jurnalistə qarşı təhlükə ehtimalı- Yerimi müəyyənləşdirməyə çalışırlar
28.08.2019 551 0.0 0

Qazeta.info xəbər verir ki, bu haqda məlumatı jurnalist Cavanşir Həsənli  özünün facebook sosial şəbəkəsində yayıb.  

"Aldığım məlumata görə Almaniyadakı azərbaycanlılar arasında mənim fotolarım paylaşılır, yerimi müəyyənləşdirməyə çalışırlar. Bu son günlərdə 1 saylı notarial kontorunun xüsusi notariusu Famil Sabitov və Almaniyada 554 mənzil satmış azərbaycanlı şirkət rəhbəri Nasir Mustafazadə ilə bağlı araşdırmalardan sonra baş verib. Hər hansı xoşagəlməz hadisə baş verərsə, buna görə ilk növbədə adları çəkilən şəxslərin məsuliyyət daşıyacaqlarını bəyan edirəm. Beynəlxalq təşkilatlarla əlaqəsi olan dostlardan məsələni onların diqqətinə çatdırmalarını xahiş edirəm.
Bununla əlaqədar yerli polisə müraciət etdiyimi və təhlükəsizliyimə görə Avropanı tərk etmək məcburiyyətində qaldığımı bildirmək istəyirəm. Ümid edirəm, Azərbaycan ictimaiyyəti və hüquq mühafizə orqanları bu məsələni diqqətdə saxlayacaqlar.
Almaniyada yaşayan azərbaycanlılardan kimə mənim şəkillərim göndərilibsə, məlumat vermələrini xahiş edirəm."

 

P.S. Qazeta.info adı hallanan bütün tərəflərin mövqeyini yayımlağa hazırdır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar