Jerar Depardye Rusiyadan qaçdı
08.04.2015 989 0.0 0

Bir neçə il əvvəl Rusiya vətəndaşı olan məşhur fransız aktyoru Jerar Depardye bu ölkəni tərk edərək Belçikaya köçüb.

Məlumata görə, bu haqda tanınmış satirik Viktor Şenderoviç xəbər yayıb.

İki il əvvəl Depardye şəxsən prezident Vladimir Putinin əlindən Rusiya vətəndaşlığı haqda pasport almışdı.

Bundan əvvəl, o, lüks həyat üçün vergi ödəməkdən boyun qaçıraraq Fransadan köçmüş və Fransa vətəndaşlığını rədd etmişdi. Amma indi Depardye yenidən geri, tanış Avropaya getmək qərarına gəlib.

Qeyd edilir ki, Depardye artıq Belçikada əmlak satın alıb və bununla o, vətəndaşlıq əldə etməyə ümid edir. Lakin Rusiya qanunvericiliyi ikili vətəndaşlığa icazə vermədiyindən çox güman Fransız aktyor Rusiya vətəndaşlığından imtina etməli olacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar