IX sinif şagirdləri buraxılış imtahanının I mərhələsi üzrə onlayn sınaq imtahanında iştirak edə biləcəklər
02.12.2016 649 0.0 0

Ümumtəhsil məktəblərinin IX sinif şagirdləri buraxılış imtahanının I mərhələsi üzrə onlayn sınaq imtahanında da iştirak edə biləcəklər. Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

 

Bildirilib ki, IX sinif üzrə buraxılış imtahanının yeni modeli, V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, proqramlar, test tapşırığı nümunələri, qiymətləndirmə meyarları, cavab vərəqi nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışında çap edilib. Həmçinin ümumi orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanlarına hazırlaşanlar Azərbaycan dili və riyaziyyat fənləri üzrə test tapşırığı nümunələri "Abituriyent" jurnalının xüsusi buraxılışları olan V-VIII siniflər üzrə test kitablarında nəşr edilib. IX siniflər üzrə kitablar isə dekabrın sonlarında çap ediləcək.

 

Xatırladaq ki, buraxılış imtahanının yeni qaydalarına dair respublikanın bölgələrində bütün təhsil ictimaiyyətinin iştirakı ilə DİM əməkdaşları və fənn ekspertləri tərəfindən seminarlar keçirilir. 22 oktyabrda Gəncədə, 29 oktyabrda Şirvanda, 6 noyabrda Şəkidə, 12 noyabrda Naxçıvanda, 19 noyabrda Lənkəranda, 27 noyabrda isə Ağcabədidə artıq seminarlar keçirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar