IŞİD-dən Anqela Merkelə təhdid
05.08.2015 637 0.0 0

İŞİD qruplaşması Almaniya və Avstriyada terror aktları həyata keçirmək niyyətində olduğu barədə video yayıb. Videoda həmçinin Almaniya kansleri Anqela Merkel ölümlə hədələnib.
 
Məlumata görə, bu barədə “Die Welt” nəşri yazıb.
 
Sübut üçün silahlılar iki girovu edam edib. Edam İŞİD-in ələ keçirdiyi Suriyanın Palmira şəhərində baş tutub.
 
Qeyd olunur ki, silahlılar video görüntülərdə ilk dəfə olaraq alman dilində danışıb. Bu isə terrorçuların sırasında almaniyalı və avstriyalı cihadçıların olduğundan xəbər verir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar