III Dünya savaşı gündəmdə: Avropada İsgəndər-M qorxusu
10.10.2016 1003 0.0 0

Rusiyanın “İsgəndər-M”raket kompleksini Kalininqrad vilayətinə yerləşdirməsi Avropada ciddi etirazlara səbəb olub. Almaniya, Estoniya, Polşa, Litva Kremlin addımlarından narahatdır.
 
Məlumata görə, Rusiyanın Baltik zastavasına yerləşdirdiyi raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirmək, üstəlik, nüvə başlığı daşımaq qabiliyyətinə malikdir.
 
Litvanın Xarici İşlər naziri Linas Linkeviçus Rusiyanın Kalininqradda silah yerləşdirməsinin regionda gərginliyi artırmaqdan əlavə, beynəlxalq razılaşmalara zidd olduğunu deyib. Nazir bu məsələni Rusiya-NATO sammitində qaldıracağını bildirib.
 
Polşanın Müdafiə naziri Antoni Makiereviç isə Rusiyanın son addımlarının olduqca narahatedici olduğunu qeyd edib. O, Polşa ordusunun ölkənin və müttəfiqlərin təhlükəsizliyini qorumağa hazır olduğunu bildirib.
 
“İnternəşnl Biznes Tayms” qəzeti III Dünya savaşı ilə bağlı anons verib. Qəzet rus mətbuatının müharibə proqnozları verdiyini xatırladıb. Nəşrin iddiasına görə, Kreml Suriya lideri Bəşər Əsədi vurmağa çalışan ABŞ-a cavab verməyə cəhd etsə, III Dünya müharibəsi qaçılmaz olacaq.
 
Qeyd edək ki, İsgəndər-M raket kompleksinin Kalininqrada yerləşdirilməsi haqda məlumatı ötən həftə “Röyter”agentliyi ABŞ kəşfiyyat orqanlarına istinadən yaymışdı. Rusiyanın Müdafiə Nazirliyi bu əməliyyatın gizli saxlanmadığını, mütəmadi tədbirlərdən biri olduğunu bildirib./
axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar