İyunun 18-nə keçirilən oyunlara ötəri baxış-Video
19.06.2015 774 0.0 0
Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla iyunun 18-nə keçirilən oyunlara qısa məlumatı təqdim edir:

1-ci məqam - Suya tullanma

Bakı Su İdmanı Mərkəzində keçirilən qadınların platformadan suya tullanma yarışında Luis Toulson (GBR) qızıl medala layiq görülüb. Anna Çuninişena (RUS) gümüş, Elena Vassen (GER) bürünc medala yiyələnib.

2-ci məqam - Kamandan oxatma

Bu idman növü üzrə yarışlarda Ukrayna komandası mütləq qələbə qazanıb. Kişi komandaların finalında Ukrayna İspaniyanı 5-4 hesabı ilə məğlub edib.

 

3-cü məqam - İdman gimnastikası 

İdman gimnastikası üzrə qadınların yarışında rusiyalı gimnast Aliya Mustafina inanılmaz performans nümayiş etdirib. 

4-cü məqam - Şosse velosipedi 

Bu idman vü üzrə yarışlarda kişilər arasında Belarus idmançısı Kiriyenkanın mütləq qələbəsi günün hadisələrindən biri kimi qiymətləndirilir. 

5-ci məqam - Çimərlik voleybolu 

Gecə yarısına kimi davam edən yarışlarda Azərbaycanla Finlandiya arasındakı oyun günün ən maraqlı görüşlərindəndir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar