İtkin düşən məktəblinin meyiti tapılıb
16.03.2017 1449 0.0 0

İtkin düşən məktəblinin meyiti tapılıb.

 

Qaradağ Rayon Polis İdarəsindən verilən xəbərə görə, martın 15-də rayonun Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Toğrul Zaur oğlu Sultanovun itkin düşməsi barədə polisə məlumat daxil olub.

 

Bu gün səhər saatlarında isə onun meyiti Qızıldaş qəsəbəsinin ərazisindən keçən su kanalında aşkar edilib.

 

Hadisənin qətl, yaxud intihar olduğu araşdırılır.

 

Polisdən T. Sultanovun orta məktəb şagirdi olduğu bildirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar