İtaliyanın mərkəzində 5 bala yaxın zəlzələ baş verib
04.12.2017 742 0.0 0

Dekabrın 4-nə keçən gecə İtaliyanın mərkəzində 4,4 maqnituda gücündə yeraltı təkanlar qeydə alınıb.

Xəbərə görə, zəlzələ barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların mərkəzi Akvila şəhərindən 35 km. şimalda və Romanın 111 km-də qeydə alınıb. Zəlzələnin ocağı yerin 2 km. dərinliyində olub.

Mümkün dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, Ağdamın "Qarabağ" klubu Çempionlar Liqası çərçivəsində "Roma" ilə qarşılaşmaq üçün hazırda İtaliyada səfərdədir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar