İƏT Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan çəkinməyə çağırıb
05.12.2017 714 0.0 0

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar.

 

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” məlumat verib.

 

İƏT-dən bildiriblər ki, quruma üzv 57 dövlət səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyi ölkə ilə əlaqələri tam kəsməli olacaq.

 

“Bu addım bütün ərəb ölkələri və müsəlman dünyasına qarşı açıq təcavüz kimi qiymətləndiriləcək”, təşkilatın yaydığı açıqlamada bildirilib.

 

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat verəcəyi gözlənilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar