İstanbulun FETÖ işinə görə saxlanılan sabiq polis rəisi sərbəst buraxılıb
08.11.2016 522 0.0 0

Türkiyədə FETÖ (Fətullah Terror Təşkilatı) üzvü olmaqda təqsirləndirilərək həbs olunan İstanbulun sabiq polis rəisi (əmniyyət müdiri) Hüseyn Çapkın sərbəst buraxılıb.

 

Məlumata görə, bu barədə onun vəkili məlumat yayıb. N. Çapkın barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. Müdafiə tərəfi H. Çapkının 40 ildən çox dövlətə xidmət etməsinin, istefada olmasının, terror təşkilatları ilə hər hansı əlaqəsinin olmamasının nəzərə alınaraq, onun azad edilməsi barədə vəsatət qaldırıb. İstintaq orqanı vəsatəti təmin edərək, H. Çapkının ölkə xaricinə çıxmasını qadağan etməklə barəsindəki həbs qətimkan dəyişdirilməsinə qərar verib.

 

Qeyd edək ki, H. Çapkın bu il sentyabrın 3-də tutulmuşdu./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar