İstanbulu yeni il gecəsi qana bulayan terrorçu tutuldu - VİDEO
17.01.2017 1696 0.0 0

Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Qazeta.info -nun APA-ya istinadən verdiyi xəbərə görə, "Əbu Muhammed Xorasani" kod adlı Abdulkadir Maşaripov  əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalandığı bildirilir. Onunla birgə daha 3 nəfər tutulub.

 

Məlumata görə, səhər saatlarında  terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlama veriləcək.

 

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. İki gün sonra hadisəni törədən şəxsin uyğur türkü olduğu, ötən ilin noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəldiyi məlum olub. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar