İstanbulda terror edənlərin hansı ölkə vətəndaşı olduğu müəyyənləşib
30.06.2016 796 0.0 0

İstanbulun Atatürk Hava Limanında partlayış törədən terrorçuların hansı ölkə vətəndaşları olduğu müəyyənləşib.

 

“Milliyet”ə istinadən verilən xəbərə görə, terrorçulardan biri Dağıstan sakini olan Rusiya vətəndaşıdır. Digər iki terrorçunun isə Qırğız və Özbəkistan vətəndaşı olduğu məlum olub.

 

Qeyd edək ki, iyunun 28-də aeroportda törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. İstanbulda  bu gün keçirilən əməliyyat zamanı terror hadisəsi əlaqəsi olan 13 nəfər saxlanılıb. Onlardan 3-ü əcnəbidir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar