İstanbulda cənazə namazı zamanı tent çöküb, 3 nəfər ölüb
10.01.2017 729 0.0 0

İstanbulun Bakırköy rayonunun Ataköy səmtində yerləşən məsciddə cənazə namazı zamanı bədbəxt hadisə baş verib.

 

“Hürriyet”ə istinadən verilən xəbərə görə, cənazə namazı davam edərkən məscidin həyətində yağışdan, günəşdən qorunmaq üçün qurulmuş tent örtük üzərindəki böyük qar kütləsinin ağırlığına dözməyərək çöküb. Nəticədə onlarla insan qarın altında qalıb və 3 nəfər ölüb. Yaralılar var.

 

Hadisə yerinə gələn mülki müdafiə qrupları qar altında insanların qalıb-qalmadığını müəyyən etmək üçün iş aparıb, yaralılar xəstəxanaya çatdırılıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar