İsrailin baş naziri Rusiyaya səfər edəcək
22.08.2017 686 0.0 0

 Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Binyamin Netanyahu arasında avqustun 23-də Soçidə görüş keçiriləcək.

Kremlin saytına istinadən xəbər verilir ki, Netanyahu Rusiyaya qısamüddətli işgüzar səfər edəcək.

Görüşdə terrora qarşı mübarizə, Suriya problemi və Fələstin-İsrail məsələsinin tənzimlənməsi müzakirə olunacaq. 

Putinlə Netanyahunun regional və qlobal məsələlərə dair başqa mövzuları da müzakirə edəcəkləri gözlənilir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar