İsrailin baş naziri Azərbaycana səfər edəcək - RƏSMİ
31.10.2016 462 0.0 0

İsrailin baş naziri Binyamin Netanyahu Azərbaycana səfər edəcək.


Məlumata görə, bu barədə o, Nazirlər Kabinetinin oktyabrın 30-da keçirilən iclasında məlumat verib.
Netanyahu səfərin yaxın üç ay ərzində həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Baş nazir Azərbaycanla yanaşı Avstraliya, Sinqapur və Qazaxıstana da gedəcək.
İsrailin baş naziri sözügedən üç ölkəyə bu günə qədər səfər etməyib. Azərbaycanda isə 1997-ci ildə Şərq səfərindən İsrailə qayıdan zaman, yolüstü olub. Netanyahu təqribən 20 il əvvəl Bakının hava limanında Azərbaycanın ümumilli lideri Heydər Əliyevlə görüşüb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar