İsraildəki yanğınının söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib
29.11.2016 760 0.0 0

İsrail hökuməti ölkədə baş verən irimiqyaslı meşə yanğınının söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığını elan edib.

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb. Bildirilir ki, əməliyyatda 10 ölkədən göndərilən 19 təyyarə iştirak edib.

 

Bu gündən etibarən yanğının söndürülməsinə cəlb olunmuş bütün yerli yanğınsöndürmə bölmələri normal iş rejimində işlərini davam etdirir.

 

Qeyd edək ki, yanğının qarşısının alınması üçün İsrail Azərbaycan, Yunanıstan, Rusiya, Türkiyə, İtaliya, Xorvatiya, Kipr və İspaniyaya kömək üçün müraciət edib. İsrail hökumətinin müraciəti əsasında Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi də bu ölkədə yanğının söndürülməsinə cəlb olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar